"İnter Mayami"nin ulduzu argentinalı hücumçu Lionel Messi Amerika klubu ilə müqaviləsini uzatmağa hazırlaşır.

"Unikal" xəbər verir ki, bu barədə X sosial şəbəkəsində (keçmiş Twitter) jurnalist Saşa Tavoleri məlumat verib.

Mənbə bəzi Səudiyyə Ərəbistanı klublarının marağına baxmayaraq, 38 yaşlı futbolçunun ABŞ-də qalacağını bildirib.