Bakının Əhməd Rəcəbli küçəsi ilə Zaur Nudirəliyev küçələrinin kəsişməsindəki boş sahədə quru ot və tullantılar alovlanıb.

"Unikal" xəbər verir ki, yanğınla bağlı görüntülər sosial şəbəkədə yayılıb.

Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb edilib.