Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat nəticəsində narkokuryerliyə cəlb edilən şəhər sakini Natiq Xankişiyev saxlanılıb.
DİN-nin Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"a verilən məlumata görə, ondan 7 kiloqrama yaxın həşiş, metamfetamin və marixuana, eləcə də 400 ədəd narkotik tərkibli həb aşkarlanıb.
N.Xankişiyev sosial şəbəkələrdə tanış olduğu şəxsiyyəti istintaqla araşdırılan əcnəbi narkotacir tərəfindən kuryerliyə cəlb olunduğunu bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, araşdırma aparılır.