İsrail Müdafiə Qüvvələri (IDF) Qəzza zolağında HƏMAS və İslami Cihad radikal qruplaşmalarının bir neçə səhra komandirini məhv edib.

"Unikal" xəbər verir ki, bu barədə İsrail ordusunun məlumatında deyilir.

"Son iki həftə ərzində İDF HƏMAS-ın hərbi qanadı və "İslami Cihad" terror təşkilatının müxtəlif bölmələrindəki bir sıra komandirləri məhv edib. Bu bölmələr terror təşkilatlarının hərbi potensialının bərpası istiqamətində iş aparırdı", - məlumatda bildirilir.

Qeyd olunub ki, məhv edilmiş radikallar HƏMAS-ın silah istehsalı üçün qərargah və hərbi kəşfiyyat bölməsini yenidən yaratmağa cəhd ediblər.