İspaniyanın Pamplona şəhərində San Fermin festivalı başa çatıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, festivalda minlərlə insan iştirak edib. Festival zamanı çox sayda insan yaralanıb. 

Hər il yüzlərlə  insan öküzlərin qaçışına şahid olmaq İspaniyaya səfər edir. Tamaşaya eyvandan və televizordan baxılır. Axşamlar şəhərdə öküz döyüşləri keçirilir. Festival bir həftə davam edir və onun kulminasiya nöqtəsi ənənəvi olaraq final, səkkizinci yarışdır.

San-Fermin festivalı təhlükəli tədbir kimi tanınır. 1910-cu ildən bəri bu tipli qaçışlar zamanı ümumilikdə 16 nəfər həyatını itirib