İyulun 14-də Türkiyənin milli müdafiə naziri Yaşar Gülərlə iranlı həmkarı Əziz Nəsirzadə arasında telefon danışığı baş tutub.
"Unikal" Türkiyənin Müdafiə Nazirliyinə istinadla xəbər verir ki, regional təhlükəsizlik və müdafiə məsələləri üzrə fikir mübadiləsi aparılıb.
Müdafiə sahəsində ikitərəfli əlaqələrə xüsusi diqqət ayrılıb.