Yeni mövsümə hazırlıqlarını Avstriyada davam etdirən “Qarabağ” bu gün dördüncü yoxlama oyununa çıxacaq.

"Unikal" xəbər verir ki, Ağdam təmsilçisi yerli “Zaltsburq” klubu ilə üz-üzə gələcək.

Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

Qeyd edək ki, "Qarabağ"ın Avstriya toplanışı iyulun 16-da başa çatacaq.