"Mən kilsəyə qarşı kampaniya apara bilmərəm və buna görə də heç kim mövcud olmayanı və ola bilməyəni müdafiə edə bilməz".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransı zamanı deyib.
Onun sözlərinə görə, gördüyü işlər kilsə naminədir: "Mən əminəm ki, Erməni Apostol Kilsəsinin və Ana Taxtın bərpasının zəruriliyi və qaçılmazlığı ilə bağlı bu gündəliyi Ermənistan Respublikasında bir çox insanlar, Erməni Apostol Kilsəsinin bütün ardıcılları ordusu bölüşür".
Paşinyan həmçinin əmin olduğunu bildirib ki, onun irəli sürdüyü gündəm bir çox insanlar tərəfindən dəstəklənir. Jurnalistin “Allahın lənətindən qorxmursunuzmu?” sualına baş nazir belə cavab verib: "Kim dedi ki, Allah məni lənətləyib? Bəlkə də Allah evini, kilsəni murdarlayanlara lənət eləyib. Onun yolu ilə gedənə Allah necə lənət etsin?"
O, 30 ilə yaxındır hər gün dua etdiyini və mütəmadi olaraq oruc tutduğunu da vurğulayıb.
Baş nazir bəyan edib ki, kilsənin transformasiyası prosesi 2018-ci ildə həyata keçirilən siyasi dəyişikliklərlə eyni ruhda gedəcək: "Ermənistan Serj Sarkisyanın hökmranlığından azad edildiyi kimi kilsə də azad ediləcək".
Ağarza Elçinoğlu