İspaniyanın “Real Madrid” komandasının sabiq baş məşqçisi Karluş Keyroşun yeni iş yeri müəyyənləşib.

"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Oman millisinə rəhbərlik edəcək. Onunla bağlanan müqavilənin detalları açıqlanmayıb.

72 yaşlı çalışdırıcı İran millisini üç dəfə (2014-cü il, 2018-ci il, 2022-ci il) dünya çempionatının final mərhələsinə çıxarıb.

O, 2003-2004-cü illərdə “Kral klubu”na rəhbərlik edib.