"Qarabağla bağlı da çoxlu suallar yaranır. Mən Parlamentin tribunasından dedim ki, Ermənistan Respublikasında Qarabağ hərəkatı davam etməyəcək və bunu Ermənistan Respublikasının baş naziri kimi deyirəm və bu, mənim rəsmi mövqeyimdir".
"Unikal" xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan mətbuat konfransında deyib.
Paşinyan vətəndaşları bununla razılaşmadığı təqdirdə onları inqilaba çağırıb: "Amma bu baş verməyibsə, bu o deməkdir ki, vətəndaşlar ən azı buna etiraz etmirlər".
Ağarza Elçinoğlu