Suriya Müdafiə Nazirliyinin binası yerli televiziya ilə canlı yayım zamanı hücuma məruz qalıb.
"Unikal" xəbər verir ki, bununla bağlı görüntülər sosial şəbəkədə yayılıb.
İsrailin Dəməşqdə Baş Qərargah binasına zərbə endirməsi zamanı aparıcı canlı yayımda studiyadan çıxıb.
Suriyanın fövqəladə hallar xidmətləri qurbanların sayını və itkilərin olub-olmadığını dəqiqləşdirir.
Qeyd edək ki, İsrail Suriyaya qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyatların bir neçə gün davam edəcəyi bildirilir.