Ukraynada Latviyanın Oqre şəhərinin meri Elgis Helmanis yaralanıb.
"Unikal" xəbər verir ki, məlumata görə, hadisə ötən gecə Rusiya tərəfindən atəşə tutulması nəticəsində baş verib, lakin hadisənin dəqiq yeri açıqlanmayıb. Merin vəziyyəti stabil olaraq qiymətləndirilir və o, təkbaşına Latviyaya qayıtmaq niyyətindədir.
Oqre Regional Şurasının mətbuat xidmətinin rəhbəri Patriks Qriva Helmanisin zədələnməsi ilə bağlı yayılan xəbərləri təsdiqləyib. Qrivanın sözlərinə görə, Helmanis ötən həftənin sonundan Ukraynada işgüzar səfərdə olub və burada o, həmkarları ilə 20-yə yaxın avtomobili humanitar yardımla çatdırıb. O qeyd edib ki, Helmanis bir neçə aydan bir Ukrayna ordusu və mülki şəxslər üçün təchizatla ezamiyyətə gedir.
Helmanis sağçı Milli Alyans partiyasını təmsil edir.