Azərbaycanlı pop-MMA döyüşçüsü Cavid Rzayev Rusiya vətəndaşlığından məhrum edilib.
"Unikal" xəbər verir ki, Rusiya Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, o, ölkənin siyasi və ictimai sabitliyinə mənfi təsir göstərən hərəkətlər edib. Bu, Rzayevin vətəndaşlıqdan məhrum edilməsinə səbəb olub.
Rzayev rusiyalı Artur Kulinskini milli mənsubiyyətinə görə təhqir edərək onu "rus donuzu" adlandırıb. Rzayev daha sonra Kulinskidən üzr istəyib.