ABŞ prezidenti Donald Trampın münaqişəni 50 gün ərzində həll etmək ultimatumuna baxmayaraq, Rusiya Ukraynaya növbəti böyük hücuma keçib.

"Unikal" xəbər verir ki,  bu  barədə Amerikanın "The Hill" qəzeti yazır. 

Qəzet qeyd edib ki, Kreml Trampın “bu təhdidinə məhəl qoymayıb”. 

Bundan əvvəl Donald Tramp Rusiya-Ukrayna münaqişəsi ilə bağlı açıqlama verib. O qeyd edib ki, Moskvadan “çox narazıdır” və ultimatum verib:

"Əgər 50 gün ərzində hərbi əməliyyatlar dayandırılmasa, ABŞ Rusiya və onun tərəfdaşlarına qarşı 100%-lik ikinci dərəcəli rüsumlar tətbiq edəcək". 

Gülayə Mecid