Əfsanəvi basketbolçu Maykl Cordon Yunanıstanda tətildədir.
"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, Cordon oyunçu dostları Luka Donçiç, Karmelo Antoni və Bam Adebayo ilə məşhur dəniz məhsulları restoranında nahar edib.
Məlumata görə, basketbolçu ənənəvi yunan yeməklərindən o qədər həzz alıb ki, o, səmimi qarşılandığı üçün işçilərə 11 500 dollar bəxşiş verib. Onun yüksək məbləğdə bəxşiş verməsi hətta dostlarını da şoka salıb.
Məşhur basketbolçunun bu jesti diqqət çəkib.
Gülayə Mecid