Rusiya prezidenti Vladimir Putin Amerika lideri Donald Trampın açıqlamalarını lazım bildiyi halda şərh edəcək.
"Unikal" xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov jurnalistlərlə keçirdiyi brifinqdə deyib.
"Kreml Trampın Rusiyaya 50 günlük ultimatumunu təhlil edir. Bəli, biz bu bəyanatları təhlil etməyə davam edirik",- o, qeyd edib.
Xatırladaq ki, iyulun 14-də Tramp NATO-nun baş katibi Mark Rutte ilə görüşdə “50 gün ərzində Ukraynada münaqişənin həllində irəliləyiş əldə olunmazsa, Rusiya neftini alan ölkələrə 100%-ə qədər ikinci dərəcəli tariflər” tətbiq ediləcəyini açıqlayıb.
Gülayə Mecid