Ermənistan Respublikası Ali Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan ilə İran İslam Respublikasının Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Əkbər Əhmədian arasında telefon danışığı olub. 

"Unikal" xəbər verir ki, bu barədə Təhlükəsizlik Şurasının ofisindən erməni KİV-ə məlumat verilib.

Armen Qriqoryan 12 günlük İsrail-İran müharibəsində həlak olanların ailə üzvlərinə başsağlığı verib və yaralananların tezliklə sağalmasını arzulayıb. 

Həmsöhbətlər Ermənistan-İran ikitərəfli əməkdaşlığının gündəliyində duran məsələləri müzakirə ediblər.

Qriqoryan Ermənistanın ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyasına əsaslanan regional kanalların blokdan açılması məsələsində İrəvanın mövqeyini vurğulayıb. Əhmədian bu məsələdə İranın mövqeyini bir daha təsdiqləyib və Ermənistanın mövqeyini dəstəklədiyini bildirib. 

Son regional hadisələr də müzakirə edilib, onun çərçivəsində Qriqoryan və Əhmədian regionda təhlükəsizliyin və sabitliyin qorunmasının vacibliyini vurğulayıblar.

Ağarza Elçinoğlu