Gürcüstan hakimiyyəti dörd il ərzində dörd dövlət çevrilişinə cəhdin qarşısını alıb.
"Unikal" xəbər verir ki, bu barədə Gürcüstanın baş naziri İrakli Kobaxidze jurnalistlərə bildirib.
"Bu dörd il ərzində biz dörd inqilab cəhdinin qarşısını aldıq. Buna baxmayaraq, iqtisadi artım tempinə görə regionda və Avropada birinci yeri qoruyuruq", - o vurğulayıb.
Baş nazir qeyd edib ki, Gürcüstana qarşı şantaj və ultimatumlar davam edir, lakin bu şəraitdə belə ölkə sabit iqtisadi inkişafı təmin edə bilir.
Ağarza Elçinoğlu