Rusiyanın Xantı-Mansiysk Muxtar Dairəsi Duması Yuqranın özbəklərin tarixi vətəni olması barədə bəyanatına görə əvvəllər maaşından və komitə sədrinin müavini vəzifəsindən məhrum edilmiş deputat Xalid Tağızadənin istefasını qəbul edib.

"Unikal" xəbər verir ki, bu barədə Rusiya mediası yazıb.

"Deputatlar dünən və bu gün səs verdilər. İstefa qəbul olundu, qətnamə təsdiqlənməyi və dərcini gözləyir", - deyə məlumatda bildirilir. 

Xatırladaq ki, Prokurorluq miqrantlarla bağlı məsələnin müzakirəsi zamanı Xantı-Mansiysk vilayətinin “özbəklərin tarixi vətəni” olduğunu bildirən Azərbaycan əsilli rusiyalı siyasətçi Xalid Tağızadənin bəyanatında heç bir qanun pozuntusu aşkar etməmişdi.

İddialara görə, onun mandatından məhrum edilməsi, əslində açıq bəyanatlarla çıxış etməsi ilə bağlıdır.