Pakistanın iki aparıcı xəbər kanalı ABŞ prezidenti Donald Trampın Cənubi Asiya ölkəsinə səfər etməyi planlaşdırdığı barədə xəbərləri təkzib edib.
"Unikal" xəbər verir ki, kanallar üzr istəyib. "Geo" və ARY xəbər kanalları Trampın sentyabrda Pakistana səfərinin gözlənildiyini bildiriblər. Lakin sonradan hər iki telekanal xəbəri təkzib edib.
"“Geo News” xəbəri təsdiq etmədən dərc etdiyinə görə izləyicilərindən üzr istəyir”, - məlumatda deyilir.
ARY-nin yüksək rütbəli rəsmisi bildirib ki, şirkət Xarici İşlər Nazirliyinin səfərdən xəbəri olmadığını bildirdikdən sonra məlumatları təkzib edib.