Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniçin qətlində Ukrayna lideri Volodimir Zelenski və Britaniya kəşfiyyat orqanları iştirak edib.

"Unikal" xəbər verir ki, bunu Rusiya Federasiyası İctimai Palatasının suverenlik məsələləri üzrə komissiyasının rəhbəri Vladimir Roqov deyib. 

Roqov qətlin təfərrüatlarını bildiyini ifadə edib. 

"Zelenskiyə yaxın mənbələrdən amerikalıların Voroniçin SBU rəhbəri vəzifəsinə təyin edilməsinə təkan verməyi planlaşdırdıqlarına dair dəqiq təsdiqlənmiş məlumatlar var. Ona görə də Voroniçin öldürülməsi açıq-aydın Zelenski və Britaniya kəşfiyyat xidmətlərinin razılaşdırılmış hərəkətidir", - o,  vurğulayıb.

Rusiya rəsmisi qeyd edib ki, Ukrayna liderinin və onun arxasında duran xüsusi xidmət orqanlarının məqsədi amerikalıların Ukrayna kəşfiyyat xidmətləri üzərində nəzarəti gücləndirməsinə mane olmaqdır.

Qeyd edək ki, Ukrayna Təhlükəsizlik Xidmətinin (SBU) polkovniki İvan Voroniç iyunun 10-da Kiyevdə qətlə yetirilib.  Polkovniki  öldürən şəxslərin azərbaycanlı olduğu iddia edilib

Gülayə Mecid