İspaniyanın “Barselona” klubunun doğma stadionu "Kamp Nou"ya qayıtması yenidən təxirə salınıb.
"Unikal" xəbər verir ki, bu barədə AS nəşri məlumat yayıb.
Stadionda yenidənqurma işlərinə 2022-ci ilin iyununda başlanılıb. İdman qurğusunun ilk olaraq 2024-cü ilin payızında istifadəyə verilməsi planlaşdırılırdı, lakin sonradan 2025-ci ilin aprelinə, daha sonra isə avqusta təxirə salınıb.
Qeyd olunub ki, “Barselona” 2026-cı ilə qədər “Kamp Nou”da oynamayacaq. Şəhər Şurası çoxsaylı çatışmazlıqlara görə hələ də arenaya lisenziya verməkdən imtina edir.
Bu müddət ərzində kataloniyalılar ev matçlarını Lui Kompanis adına Olimpiya stadionunda keçirirlər.