Türkiyənin “Qalatasaray” klubu tanınmış qapıçını transfer edəcək.
"Unikal" xəbər verir ki, İstanbul təmsilçisi İngiltərənin “Mançester Siti” klubunda çıxış edən braziliyalı qolkiper Edersonla razılıq əldə edib.
31 yaşlı əlcək sahibi “cim-bom”un 7 milyonluq maaş təklifinə “hə” deyib.
Əvvəlcə “Mançester Siti”nin transfer üçün “Qalatasaray”dan 15 milyon avro istədiyi, danışıqlardan sonra bu rəqəmin 9 milyon avroya endirildiyi bildirilib.