Salifu Suma "Zirə"dən ayrılıb.

"Unikal" report-a istinadən xəbər verir ki, bunu "Zirə"nin baş məşqçisi Rəşad Sadıqov UEFA Konfrans Liqasının II təsnifat mərhələsində "Hayduk"a (Xorvatiya) qarşı keçirəcəkləri oyundan öncə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, futbolçu bu gün komanda ilə sağollaşıb və yeni klubuna yollanıb: “Sumanın görüşlərini izləyəcəyik. Ona yeni klubunda uğurlar arzulayırıq. Yeni komandasının adını isə çəkmək istəmirəm. Tam olaraq rəsmiləşəndən sonra hər kəs biləcək".

Qeyd edək ki, "Zirə" ilə "Hayduk" arasında ilk matç iyulun 23-də, saat 19:30-da "Bakcell Arena"da baş tutacaq. Komandalar arasında cavab görüşü isə iyulun 31-də, Bakı vaxtı ilə saat 23:00-da “Polyud Stadium”da start götürəcək.