Tələbələrin köçürülməsi üzrə elektron sənəd qəbulu başa çatıb.

Bu barədə "Unikal"a Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilir ki, 2025–2026-cı tədris ili üzrə tələbələrin köçürülməsi ilə bağlı elektron sənəd qəbulu 15-22 iyul tarixlərində portal.edu.az platforması üzərindən həyata keçirilib.

"Bu müddət ərzində ümumilikdə 1500-dən çox tələbə ali təhsil müəssisəsini, ixtisasını və ya təhsilalma formasını dəyişmək məqsədilə müraciət edib.