Transfer dönəminin ən aktiv klublarından biri olan "Fənərbağça", heyətini gücləndirmək üçün axtarışlarını davam etdirir.
"Unikal" xəbər verir ki, Fransanın Liqa 1 təmsilçisi "Reyms" klubunun hücumçusu Mamadu Diakonun adı "sarı-lacivərdli" klubla hallanmağa başlayıb.
Bu barədə məlumatı türkiyəli jurnalist Salim Manav yayıb.
Məlumata görə, 2005-ci il təvəllüdlü futbolçu Fenerbahçəyə təklif olunub. Klubun texniki heyəti və skaut komandası hazırda bu gənc istedadı dəyərləndirir.
Qeyd edək ki, "Fənərbağça" transfer siyasətində son illər Avropa bazarında gənc və dinamik futbolçulara üstünlük verir.