İyulun 23-də saat 17:30 radələrində 2 nəfər (biri qadın, biri kişi cinsli) Neftçala Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.

TƏBİB-dən "Unikal"a bildirilib ki, 1966-cı il təvəllüdlü şəxsə (kişi cinsli) döş qəfəsinin deşilmiş yaraları, 1986-cı il təvəllüdlü şəxsə isə (qadın cinsli) qarının epiqastral nahiyəsinin kəsilmiş-deşilmiş və bədənin çoxsaylı deşilmiş yaraları diaqnozu təyin olunub.

Hər iki şəxsə zəruri tibbi xidmətlər göstərildikdən sonra onlar Cərrahiyyə şöbəsinə yerləşdiriliblər. Vəziyyətləri orta ağır qiymətləndirilir.

*** 

Neftçalada Bağırov Fərid Məqsəd oğlu qayınatası Əhmədov Hüseyn Təvəkkül oğlunu qəsəbədə yerləşən parkda bədən xəsarəti yetirib. Sonra isə arvadı Bağırova Əfsanə Hüseyn qızının yaşadığı evə gedərək onu yaralayıb.

DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan "Unikal"ın sorğusuna cavab olaraq bildirilib ki, hadisəni törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı cinayət işi açılıb, araşdırmalar aparılır.