Bu gün Azərbaycanın daha iki təmsilçisi avrokubok oyununa çıxacaq.
"Unikal" xəbər verir ki, "Araz-Naxçıvan" UEFA Konfrans Liqasının II təsnifat mərhələsinin ilk oyununda "Aris"lə qarşılaşıb.
Elmar Baxşıyevin baş məşqçisi olduğu komanda Yunanıstan təmsilçisini "Dalğa Arena"da sınağa çəkib.
İlk yarısı qolsuz başa çatan görüşdə bütün hadisələr ikinci hissədə yaşanıb. 66-cı dəqiqədə hesabda geri düşən "qırmızı-ağlar" təslim olmayıb. Üç dəqiqədə 2 qol vuran "Araz-Naxçıvan" hesabı xeyrinə dəyişib. Əvvəlcə Felipe hesabı bərabərləşdirib, ardınca Andrade qələbə topunun müəllifi olub - 2:1.
Qeyd edək ki, tərəflər arasında cavab görüşü iyulun 31-də Yunanıstanda Bakı vaxtı ilə saat 22:15-də keçiriləcək.