İsrailin ədliyyə naziri Yariv Levin Fransa prezidenti Emmanuel Makronun Fələstin dövlətini tanımaq qərarını Fransanın tarixində qara ləkə və terrora birbaşa dəstək adlandırıb.
"Unikal" xəbər verir ki, bu barədə "The Jerusalem Post" yazır.
Onun sözlərinə görə, “İsrail torpağı İsrail xalqına məxsusdur” və Makronun bəyanatı bunu dəyişə bilməz.
Levin iddia edir ki, İsrailin suverenliyini Yəhudeya, Samariya və İordaniya vadisinə uzatmağın vaxtı çatıb.
Xatırladaq ki, ötən gün Makron sentyabrda keçiriləcək BMT Baş Assambleyasının (GA) iclasında Fransanın Fələstin Dövlətini rəsmən tanıyacağını açıqlayıb.
Gülayə Mecid