Tailand və Kamboca liderləri Phumtham Veçayaçai və Khun Manet iyulun 28-də münaqişənin həlli ilə bağlı danışıqlar aparacaqlar.
"Unikal" xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Məhəmməd Həsən bildirib.
Nazir Tailand və Kamboca xarici işlər nazirliklərinin rəhbərləri ilə ilkin müzakirələr aparıb. O, tərəflərin “Malayziyaya tam etibar etdiyini” deyib və Həsəndən danışıqlarda vasitəçilik etməsini istəyib.
Həsən ABŞ dövlət katibi Marko Rubionun vasitəçilik təklifini də xatırladıb, lakin ASEAN-a üzv ölkələr tərəfindən bu vəziyyətin həllinə üstünlük verildiyini qeyd edib.