Başqırdıstanda turistlərin olduğu avtobus aşıb.
"Unikal" xəbər verir ki, regional səhiyyə naziri Ayrat Rahmatullinin sözlərinə görə, avtobusun aşması nəticəsində 20-dən çox turist xəsarət alıb. Onlardan 15-i Mesyaqutovskaya Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Daha səkkiz nəfər xəstəxanaya yerləşdirilib, onlardan ikisinin vəziyyəti ağır, qalanlarının vəziyyəti orta ağırdır. Nazir əlavə edib ki, hazırda zərərçəkənlərin Ufaya təxliyəsi məsələsi həll edilir.
O, qəza yerinə yeddi təcili tibbi yardım briqadasının göndərildiyini vurğulayıb.