Çin adaya hücum edərsə, Britaniya və Avstraliya Tayvanı müdafiə etmək üçün birlikdə çalışacaqlar.
"Unikal" xəbər verir ki, bu barədə Britaniyanın müdafiə naziri Con Hili Avstraliyaya səfəri zamanı bildirib.
Jurnalistlər Çinin təcavüzü halında Londonun Tayvana necə kömək edəcəyini soruşublar.
Hili, "Əgər keçmişdə olduğu kimi döyüşməli olsaq, Avstraliya və Böyük Britaniya birlikdə mübarizə aparacaq" deyib.
Onun sözlərinə görə, Britaniya və Avstraliya orduları “çəkindirici” olmaq üçün birgə təlimlər keçirir. Eyni zamanda, nazir qeyd edib ki, London Hind-Sakit okean regionunda mübahisələrin həlli üçün diplomatik yola üstünlük verəcək.
Britaniyanın Tayvanı müstəqil dövlət kimi tanımağa və onunla rəsmi əlaqələr qurmağa hazır olub-olmaması ilə bağlı sualı cavablandıran Hili bildirib ki, London hazırda "Tayvana dair kursu dəyişməyi düşünmür".