Meymunçiçəyi virusundan (mpox) ilk ölüm faktı qeydə alınıb.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, sözügedən virusdan ilk ölüm Qərbi Afrika ölkəsi olan Qanada olub. 

Qana Səhiyyə Xidmətinin açıqlamasında deyilir ki, ölkədə 23 yeni meymunçiçəyi xəstəliyinə yoluxma faktı aşkarlanıb, bununla da may ayından bu yana yoluxmaların sayı 257-yə çatıb. 

Virusun yoluxmuş insanlarla yaxın fiziki təmas nəticəsində yayılmağa davam etdiyi, mümkün infeksiyanın qarşısını almaq üçün insanların yoluxmuş insanlarla yaxın təmasdan qaçınmalı və tez-tez əllərini yumalı olduğu bildirilib.

Ağarza Elçinoğlu