Şəmkirdə qardaşı oğlunu bıçaqlayan şəxs saxlanılıb.
"Unikal"ın məlumatına görə, Şəmkir rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat zamanı hadisəni törətməkdə şübhəli bilinən 1972-ci il təvəllüdlü Fidayıl Mirzəməmmədov tutulub.
*** 11:19
Şəmkir sakini bıçaqlanıb.
"Unikal"ın məlumatına görə, Şəmkir şəhər sakinləri, 1972-ci il təvəllüdlü Mirzəməmmədov Fidayıl Xəlil oğlu münaqişə zəminində, qardaşı oğlu, 1985-ci il təvəllüdlü Mirzəməmmədov Vüsal İsmayıl oğlunu bıçaqlayıb.
Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
Tural Əhmədov