ABŞ-nin müdafiə naziri Pit Heqset gələn il Tennessi qubernatorluğuna namizədliyini irəli sürməyi düşünür.
"Unikal" xarici mətbuata istinadən xəbər verir ki, o, bunu etsə, Pentaqonun rəhbəri vəzifəsini tərk etməli olacaq.
Məlumata görə, Heqset son üç həftə ərzində qubernatorluğa namizəd olmaq və kampaniyaya başlamaq imkanlarını ciddi şəkildə müzakirə edir. Bununla belə, Pentaqonun qaydalarına görə, qubernatorluğa namizəd olmaq üçün Heqset müdafiə naziri vəzifəsindən istefa verməli idi ki, bu da ABŞ müdafiə qurumunun rəhbərliyində ən böyük silkələnmə olacaq.
Gülayə Mecid