ABŞ prezidenti Donald Tramp ABŞ-yə gələn Ukrayna vətəndaşlarının Rusiya-Ukrayna silahlı münaqişəsi bitənə qədər ölkədə qalmasına icazə vermək niyyətində olduğunu bildirib.
"Unikal" xəbər verir ki, Amerika lideri bunu jurnalistlərin ukraynalılara sığınacaq verilib-verilməyəcəyi ilə bağlı sualına cavabında deyib.
Siyasətçinin sözlərinə görə, ABŞ-yə çoxlu Ukrayna vətəndaşları gəlir və Amerika hakimiyyəti “onlarla işləyir”.
Aprel ayında bildirilmişdi ki, Birləşmiş Millətlər Təşkilatı (BMT) ABŞ-dən maliyyənin dayandırılması səbəbindən cəbhəyanı ərazilərdən təxliyə edilən ukraynalılara humanitar yardımı kəsib.