İstanbul hakimiyyəti 3 ay müddətinə atəşfəşanlıq və digər tez alışan pirotexniki vasitələrin satışını qadağan edib.
"Unikal" xəbər verir ki, bu barədə “TRT Haber” məlumat yayıb.
Bildirilir ki, bu tədbirlər meşə yanğınları təhlükəsi ilə bağlıdır. Şəhər rəhbərliyinin mətbuata açıqlamasında qadağaya əməl etməyən müəssisə və fiziki şəxslər barəsində qanuni tədbirlər görüləcəyi də vurğulanır.
İyunun 23-dən oktyabrın 15-dək meşə ərazilərinə də giriş qadağandır.