Samux sakinini ilan sancıb.

"Unikal"ın məlumatına görə, hadisə rayonun Köbər kəndində qeydə alınıb. Belə ki, kənd sakini 1990-cu il təvəllüdlü Ş.Qafarova həyatyanı sahəsində  işləyərkən onu ilan sancıb.

Xəstə dərhal  xəstəxanaya  yerləşdirilib, ona ilan zəhəri əleyhinə zərdab vurulub. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

Tural Əhmədov