Bakıda Zığ şossesində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Unikal" xəbər verir ki, Bakı şəhər sakini - 2002-ci il təvəllüdlü Toğrul Firudin oğlu İbrahimlinin idarə etdiyi moped hava limanı istiqamətində hərəkətdə olarkən "FORD" markalı avtomobillə toqquşub.

Mopedin sürücüsü aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı Suraxanı polisi araşdırma aparır.