İmişli rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib.
"Unikal" xəbər verir ki, qəza Qaralar kəndi ərazisində qeydə alınıb.
“VAZ-21099” markalı minik avtomobili, “MAN” və “Ford” markalı iki yük maşını toqquşub.
Hadisə nəticəsində “VAZ”ın sürücüsü 61 yaşlı Vidadi Cəfərov və sərnişinləri, Çahar kənd sakinləri Gülbəniz Cəfərova (1964) və Vilayət Abbasova (1956) ölüb.
Xəsarət alan Samirə Cəfərova İmişli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.