"Turan Tovuz" bu gün Türkiyədə təlim-məşq toplanışı çərçivəsində növbəti yoxlama oyununa çıxıb.
"Unikal" xəbər verir ki, komanda Albaniya təmsilçisi “Flamurtari”la üz-üzə gəlib.
Görüş tovuzluların 0:1 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, “Turan Tovuz” bunadək “Çorum” və “Keçiörengücü” ilə (hər ikisi Türkiyə) heç-heçə edib – 1:1, 0:0.