2025-ci ilin ilk yarım ilində Finlandiya hakimiyyəti 90 Rusiya vətəndaşını deportasiya edib, onlardan 16-sı müşayiət altında ölkədən çıxarılıb.
"Unikal" xəbər verir ki, bu barədə ölkənin yerli KİV-ləri məlumat yayıb.
Məlumata görə, ümumilikdə, yanvar–iyun aylarında Finlandiyadan 1,4 min nəfər çıxarılıb ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 31,7% çoxdur. Deportasiya zamanı 271 xarici vətəndaşı polis müşayiət edib.
Finlandiyadan ən çox deportasiya olunan əcnəbilər arasında Estoniya, Rumıniya, Rusiya və İraq vətəndaşları üstünlük təşkil edib.