Goranboyda yol qəzası baş verib. 

"Unikal"ın məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, hərəkətdə olan "Kamaz "markalı yük maşını yol kənarında dayanan qoşqulu traktora çırpılıb. Qəza zamanı "Kamaz"ın sürücüsü xəsarət alıb. O, xəstəxanaya yerləşdirilib.

Hadisə yerinə DYP əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

Tural Əhmədov