ABŞ Moskvaya Ukraynada Rusiyanın nəzarətinə keçmiş ərazilərin tanınması məsələsini “49 və ya 99 il” təxirə salmağı təklif edib.

"Unikal" xəbər verir ki, bu barədə Polşanın Onet portalı mənbələrə istinadən məlumat yayıb.

"Amerikanın təkliflərinə daxildir: Ukraynada sülh deyil, atəşkəs, Rusiyanın ərazi uğurlarının de-fakto tanınması (bu məsələni 49 və ya 99 il təxirə salmaqla), Rusiyaya qarşı tətbiq edilən sanksiyaların böyük hissəsinin ləğvi və uzunmüddətli perspektivdə enerji sahəsində əməkdaşlığın bərpası, yəni Rusiya qazı və neftinin idxalı", - məlumatda qeyd olunub.

Gülayə Mecid