Ödənişli yolda avtomobil səkiyə çırpılıb.

"Unikal"ın Şimal bürosunun məlumatına görə, Bakı-Quba-Rusiya ilə dövlət sərhədi ödənişli yolunun Şabrandan keçən hissəsində yol-nəqliyyat hadisəsi baş verib.

Belə ki, "Chevrolet" markalı minik avtomobili ödənişli yolda hərəkətdə olan zaman idarəetmədən çıxaraq yolun kənarındakı arakəsmələrə çırpılıb.

Hadisə zamanı  avtomobildə olan sərnişin Bakı şəhər sakini 1993-cü il təvəllüdlü  F.Abdullayeva yüngül dərəcəli bədən xəsarəti alıb.

Yaralıya tibbi yardım olunduqdan sonra evə buraxılıb.

Asiman Qaraca