Joan Qamper kubokunun qalibi bəlli olub.

"Unikal" xəbər verir ki, həlledici oyunda "Barselona" İtaliyanın "Komo" klubu ilə qarşılaşıb.

Kataloniyalılar sabiq "Barselona"lı Sesk Fabreqasın baş məşqçisi olduğu kluba qarşı 5:0 hesablı qələbəyə sevinib.

Komandanın heyətində Fermin Lopes və Lamin Yamal dubl ediblər. Digər qola isə Rafinya imza atıb.

Joan Qamper kuboku
10 avqust

23:00. "Barselona" (İspaniya) - "Komo" (İtaliya) 5:0