Türkiyənin “Qalatasaray” komandasında ayrılıq yaşanıb.
"Unikal" klubun rəsmi saytına istinadən xəbər verir ki, İstanbul təmsilçisi heyətində icarə əsasında çıxış edən Alvaro Morata ilə vidalaşıb. Onunla müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.
Müqavilə ilə İtaliya “Milan”ına məxsus olan ispaniyalı hücumçu A Seriyasının digər təmsilçisi “Komo”ya keçəcək.
“Qalatasaray” isə Moratanın gedişindən 5 milyon avro qazanacaq. O, bu ilin fevralında “cim-bom”a keçmişdi.