İran prezidenti Məsud Pezeşkian avqustun 18-21-də Ermənistana səfər edəcək.

"Unikal" xəbər verir ki, Pezeşkianın səfəri çərçivəsində avqustun 19-da İrəvanda biznes forum keçiriləcək.

İran tərəfdən sənaye, yol tikintisi, kənd təsərrüfatı, əczaçılıq, yüngül sənaye və digər sektorların nümayəndələri biznes forumda iştirak edəcəklər.