İngiltərənin “Nyukasl” komandası heyətinə yeni futbolçu cəlb edib.

"Unikal" xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.

İddiaya görə, “sağsağanlar” ingiltərəli oyunçu Yakob Remsinin transferi üçün “Aston Villa” ilə anlaşıb.

24 yaşlı yarımmüdafiəçi üçün qarşı tərəfə 40 milyon funt sterlinq ödəniləcək.