Azərbaycan Şahmat Federasiyasının təşəbbüsü ilə keçirilən “Azərbaycan Şahmat Turu” çərçivəsində “Ganja Open 2025” Beynəlxalq Şahmat Festivalı təşkil olunacaq.
"Unikal" xəbər verir ki, festival ölkənin ikinci ən böyük şəhəri olan Gəncə şəhərində baş tutacaq.
Ümumi mükafat fondu 41.200 AZN (24.235 USD) olan şahmat festivalı A və B qruplarında keçiriləcək. Festival çərçivəsində rapid və blits üzrə turnirin keçirilməsi də nəzərdə tutulur.
A qrupunda 2000 və daha yüksək reytinqli şahmatçılar, B qrupunda isə 1999-dək olan şahmatçılar iştirak edə bilər. Rapid və blits də isə reytinq məhdudiyyəti tətbiq edilmir.
Qeyd edək ki, Gəncə Open “Azərbaycan Şahmat Turu” layihəsində sayca 7-ci açıq tipli yarışdır. Festival "Baku Open"dən sonra ən böyük mükafat fonduna sahib olacaq.